İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Paşinyanla Türkiyə və Ermənistanda görüşmək barədə razılığa gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə və Ermənistanda ölkələri arasında münasibətlərin normallaşdırılması üçün görüşlər keçirmək barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında bildirib.

Çavuşoğlu qeyd edib ki,  bu mövzuda görüşlərdən dördü üçüncü ölkələrdə keçirilib.

“Praqada cənab prezidentimizin Paşinyanla görüşündə Türkiyə və Ermənistan ərazilərində görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə olundu”, - deyə Çavuşoğlu bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR