İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan mədəndə həlak olanların ailələrinə başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mədən qəzasında həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Türkiyə Prezidenti bu barədə sosial şəbəkədə yazıb: "Bartınımızın Amasra rayonunda meydana gələn mədən partlayışında həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr, yaralanan qardaşlarımıza acil şəfalar diləyirəm". 

Musavat.com xəbər verir ki, Türkiyə Presidenti 15 oktyabrda nəzərdə tutulan Diyarbəkir səfərini də təxirə salıb Bartına, partlayış baş verən mədənə gedəcək. Ərdoğan Bartında xilasetmə əməliyyatlarını yaxından izləyəcək. 

Qeyd edək ki, dünən (14.10.2022) axşam saatlarında Türkiyənin Bartın vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış olub. Partlayış nəticəsində 22 nəfər həyatını itirib, 20 nəfər yaralanıb. Hadisə yerinə çox sayda xilasedici və təcili yardım briqadası cəlb olunub. 

Dağıntılar altında qalan işçilərin xilasetmə əməliyyatları davam edir. 

 

 

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR