Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin lideri Kamal Kılıçdaroğlunun onu debata çağırmasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, Prezident CNN Türk və Kanal D-yə müsahibəsində bildirib ki, Kılıçdaroğlu ilə müzakirə ediləcək məsələ yoxdur:
“Debata dəvət edirsən. Sən televizorda mənimlə nə danışacaqsan? Bu günə qədər ortaya qoyduğun hansısa layihən yoxdur. Bundan əlavə vizyonun yoxdur. Artıq elə bir siyasi duruma düşmüsən ki, Kandildən gələn təlimatları yerinə yetirə bilmək üçün Kandilin parlamentdəki dəstəkçilərindən səs istədin”.
Musavat.com
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ