Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət katibi Entoni Blinken Türkiyəyə rəsmi səfər edib.
Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Blinkenin təyyarəsini Esenboğa Hava Limanında qarşılayıb.
Blinkenin Türkiyə səfəri iki ölkə arasında diplomatik əlaqələrin gücləndirilməsi və müxtəlif regional məsələlərin müzakirəsi məqsədilə həyata keçirilir. Səfər çərçivəsində ABŞ və Türkiyə rəsmilərinin təhlükəsizlik, iqtisadi əməkdaşlıq və beynəlxalq məsələlərlə bağlı əhəmiyyətli görüşlər keçirməsi gözlənilir.
Görüş zamanı NATO çərçivəsində əməkdaşlıq, Yaxın Şərqdəki gərgin vəziyyət və Ukraynadakı münaqişə kimi mövzuların diqqət mərkəzində olacağı bildirilib.
Entoni Blinkenin səfəri ABŞ-Türkiyə əlaqələrinin yeni mərhələyə daşınması baxımından vacib hesab olunur.
Musavat.com
13 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ