Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin rəhbəri Co Baydenlə telefonla danışıb.
Söhbət zamanı əsas müzakirə mövzusu tədarükü gözlənilən “F-16” qırıcı təyyarələri ilə bağlı irəliləyişlər olub.
Bu barədə Türkiyə lideri jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bayden “F-16” ilə bağlı mövzuya müsbət yanaşdığını və bununla bağlı konqresə istənilən təklifi verməyə hazır olduğunu bildirib.
“Onlar bildirdilər ki, bizim İsveçə yanaşmamız və parlamentimizin verəcəyi qərar (NATO-ya üzvlüyünü ratifikasiya) onları xüsusilə maraqlandırır. Biz də İsveçə qarşı vicdanlı yanaşdığımızı, ancaq onların da terrorçuları himayə etməsini dayandırmalı olduğunu bildirdik. Qalan məsələlər onsuz da Parlament komissiyasından keçib”, - deyə Ərdoğan vurğulayıb.//Oxu.az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ