İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Baxçalının İmamoğlu işi ilə bağlı çağırışını dəstəklədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu ilə bağlı məhkəmə prosesinin TRT-də canlı yayımlanması çağırışına dəstək verib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb. Ərdoğan məsələ ilə bağlı qısa, lakin dəstəkləyici açıqlama verib: “Bu, çox gözəl bir təşəbbüsdür, xeyirli olsun.”

Qeyd edək ki, Dövlət Baxçalı son günlər verdiyi açıqlamalarda İmamoğlunun məhkəmə işində şəffaflığın təmin olunması üçün məhkəmə prosesinin ictimaiyyətə açıq şəkildə, xüsusilə də dövlət televiziyası olan TRT vasitəsilə yayımlanmasını təklif etmişdi.

Bu çağırış ölkədə geniş ictimai və siyasi müzakirələrə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2025

11 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR