İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Azərbaycandan siqnal gözləyir: Bakı ilə İrəvan arasında müqavilə imzalansa...

“Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması 2024-cü ildə mümkündür, Ərdoğan Bakını gözləyir”.

Bunu “Ermenihaber.am”a müsahibəsində Cənubi Qafqazın problemləri ilə məşğul olan “Karnegi Fondu”nun baş eksperti Tomas de Vaal deyib.

Keçən il “Karnegi Fondu”nun saytında dərc olunmuş “Ermənistanın güvənsizlik ili” başlıqlı məqaləsində britaniyalı ekspert 2023-cü il üçün optimist ssenarilər sırasında Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına toxunmuşdu.

“Ermenihaber.am” Tomas de Vaala sual verib ki, o, 2024-cü ildə iki ölkə arasında münasibətlərin həllini mümkün hesab etməyə davam edirmi?

“Düşünürəm ki, bu mümkündür. Düşünürəm ki, Ərdoğan Azərbaycanı gözləyir. Türkiyənin ilkin şərtləri illər ərzində dəyişib. Yadınızdadırsa, 10-15 il əvvəl Türkiyə rəsmiləri demişdilər ki, erməni qoşunları heç olmasa bir rayondan, təkcə Füzulidən və ya yalnız Cəbrayıldan çəkilsələr kifayətdir və münasibətləri nizamlayırlar. Sonra bir yox, yeddi rayon itirildi, Qarabağ əldən getdi, hələ də əlaqə yoxdur”.

Ekspertin fikrincə, Türkiyənin xarici siyasətinin seçilmiş sahələri Ermənistanla münasibətlərin normallaşacağı təqdirdə əldə edəcəkləri bütün üstünlükləri görür. Yeni nəqliyyat əlaqələri yaradıla bilər, Türkiyə Cənubi Qafqazda oyunçuya çevrilə bilər, Ermənistanla münasibətlərin tənzimlənməsi Türkiyə-Amerika münasibətlərinə, xüsusən də Konqreslə münasibətlərə yaxşı təsir edə bilər və s.

“Onlar bu maraqları nəzərə alırlar, lakin Türkiyənin xarici siyasəti indi açıq şəkildə Prezident Ərdoğan tərəfindən idarə olunur və o da Bakıdan siqnallar gözləyir. Fikrimcə, Bakı ilə İrəvan arasında kiçik, bir səhifəlik müqavilə imzalansa belə, bu, Ankaraya bəs edər”, - ekspert bildirib. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR