Onlayn ictimai-siyasi qəzet
“Qardaşım İlham Əliyev bizə iki ən yaxşı yanğınsöndürmə amfibiya təyyarəsini göndərməklə yanğınsöndürmə işlərimizə güclü dəstək verdi".
Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra etdiyi çıxışında deyib.
Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə əlaqədar Türkiyəyə amfibiya təyyarələrinin verilməsi barədə sərəncam verən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə göndərilib. Təyyarə hazırda Uşak-Eşme istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Şahanə Rəhimli
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ