İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdəbildə hərbçilər etirazçılara atəş açdı - Güneydən həyəcanlı xəbərlər

İranda davam edən etiraz aksiyaları Cənubi Azərbaycanda da getdikcə alovlanmaqdadır. Ərdəbildən verilən məlumatlara görə, günorta saatlarında Şəriəti küçəsində başlayan nümayişlər genişlənərək başqa bölgələrə də yayılıb.

Musavat.com GünazTV-yə istinadən bildirir ki, SEPAH-ın Ərdəbilin şəhərin Yəhyəvi küçəsində yerləşən binasında yanğın baş verib. Binada olan hərbçilərin etirazçı kütləyə atəş açdığı, bir neçə nəfərin yaralandığı bildirilir. Hələlik yaralıların kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

Ərdəbildə küçələrə rejim əleyhinə şüarlar yayılıb. “Universitet qətlgah deyil", “Öyrəncini müdafiə etmək cinayət deyil”, "Qadınlara qarşı repressiyaları dayandırın", "Azadlıq, ədalət, mili hökumət", "Azərbaycanlı siyasi məhbuslar üçün", "Səhəri axtaran gecədən qorxmaz" kimi şüarlar Ərdəbil şəhərinin bir çox küçələrinin divarlarında əksini tapıb.

Fəallar divar yazıları ilə İran hökumətinin universitetlərdə öyrəncilərə qarşı repressiyalarını, qadınların geyim tərzlərinə müdaxiləsinə qarşı çıxıblar.

Qeyd edək ki, son günlər universitet öyrəncilərinin etiraz aksiyalarına qoşulmasından sonra əksər ali təhsil ocaqlarında təhlükəsizlik və polis qüvvələri yerləşdirilib.

Dinc etiraz aksiyalarına qatıldıqlarına görə, yüzlərlə tələbə həbs edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR