Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirib.
Musavat.com REN TV-yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Bu gün prezident Putin Moskvada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçini Kremldə qəbul edib", – deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, İranın xarici siyasət idarəsinin rəhbəri Abbas Əraqçi aprelin 17-də Moskvaya səfər edib. Səfər çərçivəsində onun Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacağı gözlənilir.
Xatırladaq ki, aprelin 16-da Dmitri Peskov bəyan edib ki, Moskva Tehrana hərtərəfli dəstək göstərir və müxtəlif məsələlər üzrə iranlı həmkarları ilə məsləhətləşmələr aparır.
İqbal RZAYEV,
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ