İnsanlara hürriyət, millətlərə istiqlal!

Ər-Riyad gündəlik neft hasilatını minimuma endirəcək

OPEC+ əmtəə sazişində iştirak edən ölkələrin iyunda keçirilən işgüzar görüşünün yekunlarından sonra Səudiyyə Ərəbistanı gözlənilmədən sürpriz edib və iyulda gündəlik neft hasilatının həcmini 1 milyon barel azaltmaq niyyətində olduğunu bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, söhbət 10 faiz, yəni gündə 9 milyon barelə qədər azalmadan gedir ki, bu da ilin əvvəli ilə müqayisədə bir milyon yarım azdır. Üstəlik, bu, son on ildə minimum istehsaldır.

Eyni zamanda, qalan dövlətlər, o cümlədən Rusiya, yalnız əvvəlki enişin 2024-cü ilin sonuna qədər uzadıldığını açıqlayıb.

Səudiyyə Ərəbistanı yalnız iyun ayında azalma barədə danışır, lakin Səudiyyənin energetika naziri şahzadə Əbdüləziz bin Salman “bazarda sabitliyi bərpa etmək üçün mümkün olan hər şeyi etməyə” hazır olduğunu bildirib. Bu isə o deməkdir ki, neftin qiyməti qalxmasa, azalma sonrakı aylarda da davam edə bilər.

Bloomberg hesab edir ki, səudiyyəlilər “ümidsiz addım atmağa qərar veriblər” və hər vasitə ilə “kotirovkaların artmasına nail olmaq” niyyətindədirlər. Agentlik həmçinin iddia edir ki, “səudiyyəlilərin əsas bazarlarda payı artıq azalır, onun rəqiblərinnin, ilk növbədə Rusiyanın payı artırr”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR