İnsanlara hürriyət, millətlərə istiqlal!

Enişdən üç dəqiqə öncə pilotlara xəbərdarlıq edilibmiş - Cənubi Koreyadakı təyyarə qəzası ilə bağlı faktlar

Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 175 sərnişin və 4 ekipaj üzvü həlak olub.

Qəza zamanı təyyarədə olan 175 sərnişindən və 6 ekipaj üzvündən yalnız ikisi sağ qalıb. Sağ qalanlar təyyarənin arxa hissəsində oturan ekipaj üzvləri olub. Bu hadisə Cənubi Koreya tarixində ən ölümcül təyyarə qəzası kimi qeydə alınıb.

Musavat. com xəbır verir ki, Cənubi Koreyanın Nəqliyyat Nazirliyindən verilən məlumata görə, hava hərəkətini idarə edənlər enişdən üç dəqiqə əvvəl pilotları quş sürüsü ilə toqquşma riski barədə xəbərdar ediblər. Pilotlar isə bir dəqiqə sonra “mayday” siqnalı verib.

Bununla belə, mütəxəssislər quşlarla toqquşmanın belə böyük zərərə səbəb ola biləcəyinə şübhə ilə yanaşırlar. Hazırda qəzanın səbəblərini araşdırmaq üçün təyyarənin “qara qutu”sundan məlumatlar toplanır. 

Qeyd edək ki, “Mayday” siqnalı beynəlxalq fövqəladə vəziyyət çağırışıdır və təyyarə, gəmi və ya digər nəqliyyat vasitələrinin həyati təhlükə vəziyyətində olduğunu bildirmək üçün istifadə olunur. Bu siqnal pilotlar və kapitanlar tərəfindən radio vasitəsilə təcili yardım çağırışı üçün verilir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR