İnsanlara hürriyət, millətlərə istiqlal!

Əndican sakini ictimai yerdə burka geyindiyinə görə cərimələnib

Özbəkistanda ictimai yerlərdə üzüörtülü dini əlbisə geyən vətəndaşların məsuliyyətə cəlb olunmasına başlanaılıb.

Musavat.com podrobno.uz portalına istinadla xəbər verir ki, şəxsiyyətin müəyyənləşdirilməsinə icazə verilməməsinə görə cəzalar ötən ilin noyabrında ortaya çıxıb.

İyunun 14-də Mərhəmət rayon məhkəməsində ictimai yerdə hicab geyinən yerli sakinin işi üzrə məhkəmə prosesi keçirilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 184-4-cü (şəxsi tanınmağa imkan verməyən formada ictimai yerlərdə olma) maddəsi ilə inzibati protokol tərtib edilib. Bu, məhkəmənin hökmündən məlum olub.

Təqsirkar öz təqsirini boynuna alıb, bunun bir daha təkrar olunmayacağına söz verib, həmçinin məhkəmədən onun cəzasının yüngülləşdirilməsini istəyib. Nəticədə məhkəmə ona 340 min sum məbləğində cərimə kəsib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR