İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən zəngin ruslar 93 milyarddan çox itiriblər

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ən varlı ruslar 93 milyard dollardan çox pul itiriblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, fevralın 24-də - müharibənin başladığı gün ən varlı ruslar 46,6 milyard dollar, Qərbin sanksiyalarının gəlməsi ilə isə sonrakı aylarda daha 47 milyard dollar itiriblər.

“Bloomberg” agentliyinin məlumatına görə, noyabrın əvvəlində ən varlı rusların itkisi 83 milyard dollar təşkil edib. Bu məlumatlar 25 rusiyalının daxil olduğu planetin ən zəngin 500 adamının aktivlərinin dəyərinə dair “Bloomberg Billionaires Index”in reytinqində qeyd edilib. Ən böyük itkiyə “Novatek”in ortaq sahibləri, iş adamı Gennadi Timçenko və prezident Putinə yaxın olan Leonid Mixelson məruz qalıb. Onların hər biri 8 milyard dollardan çox pul itirib.

Faiz ifadəsində itkilər mənasında liderlik “Renova” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Viktor Vekselberqə məxsusdur. Onun sərvəti 60%-dən çox azalıb və hazırda 11,2 milyard dollar təşkil edir. İlin əvvəlindən Roman Abramoviç də sərvətinin demək olar ki, yarısını itirib: pulu 18 milyarddan 9,7 milyard dollara qədər azalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR