İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən nəhəng təyyarədən xəbər var - Ruslar onu partlatsa da... - FOTOLAR

Ukraynanın “Antonov Company” təyyarə istehsalı və servis şirkətinin baş direktoru Sergii A Bıçkov Rusiyanın işğalı zamanı əsasən məhv edilmiş AN-225 Myria (Yuxu) təyyarəsinin təmiri üçün beynəlxalq vəsait toplama kampaniyasına başlayıb.
 
Moderator.az xəbər verir ki, "Biz AN-225 Mriya nəqliyyat təyyarəsinin yenidən uça bilməsi üçün Beynəlxalq Fondun yaradılmasını təklif edirik" - deyə Antonov açıqlamasında bildirib.

Baş direktor Bıçkov açıqlamasında mühəndislik nailiyyəti olan təyyarənin daşıma qabiliyyəti baxımından unikal olduğunu bildirərək, 30 ildir xidmətdə olduğunu və xüsusilə Ukrayna üçün simvola çevrildiyini bildirib.
 
“Antonov komandası qətiyyətlə hesab edir ki, müasir dünyanın simvollarından biri olan əfsanəvi təyyarənin tamamilə yoxa çıxmasının qarşısını almaq və AN-225 Mriya nəqliyyat aviasiya flaqmanının dirçəldilməsinə başlamaq lazımdır”. 
​​​​​​

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR