İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ən böyük casus şəbəkəsi ABŞ-dadır, dünya liderlərini izləyirlər” – Çin XİN

“Hazırda dünyada ən böyük kəşfiyyat şəbəkəsinə malik olan ölkə ABŞ-dır”.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

Onun sözlərinə görə, Vaşinqton bir çox dünya liderini izləyir: “Xüsusilə Almaniya, Fransa və Niderland liderlərini dinləyiblər. Digər avropalı siyasətçilər, o cümlədən İsveç və Norveçdə olanlar da ABŞ-ın nəzarəti altına düşüb”.

Venbin bildirib ki, ABŞ “hava şarları” 2022-ci ildən bəri Çin üzərində on dəfədən çox qanunsuz olaraq uçub: “ABŞ “hava şarları”nın digər dövlətlərin hava məkanına qanunsuz daxil olması adi haldır”.

Venbin bu açıqlamanı Vaşinqtonun Çini ABŞ ərazisi üzərində “casus qurğuları” yaymaqda ittiham etməsi fonunda səsləndirib. Fevralın əvvəlində ABŞ-ın bir sıra ştatlarının, o cümlədən hərbi bazaların yerləşdiyi bölgələrin üzərindən Çin hava şarının uçması ittihamları daha da artırıb. Pekin “hava şarı”nın mülki yönümlü olmasına işarə edib və onun köməyi ilə hər hansı kəşfiyyat fəaliyyətini inkar edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR