İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmininin ölüm səbəbini 19 mütəxəssis araşdırıb

Məhsa Əmininin ölüm səbəbinin araşdırılması üçün xüsusi komissiya təşkil edilib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Məsud Setayişi deyib.

O bildirib ki, komissiya tibb sahəsinin müxtəlif sahələrini əhatə edən 19 mütəxəssisin iştirakı ilə yaradılıb və məsələ dəqiq və lazımi vaxt sərf olunaraq araşdırılıb: “Komissiya rəyin tez verilməsinin vacibliyini anlasa da, dəqiqlik məsələlərini də qurban verməyib. Müvafiq hüquqi standartlara hərtərəfli riayət etməklə komissiya təşkil edilib”.

Məsud Setayişi Məhsa Əmini ilə bağlı məhkəmə-tibb ekspertizasının rəyinin dərc olunduğunu vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR