İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Hüseynov: "Azad edilmiş ərazilərdə 11 işçi qrup fəaliyyət göstərir"

"Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərdə 11 müxtəlif sahə üzrə işçi qruplar fəaliyyət göstərir".

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu - görülmüş işlər və çağırışlar" mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə çox qısa müddət ərzində görülən işlər göz önündədir: "Sözsüz ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və igid ordumuzun gücü sayəsində 30 illik işğala son qoydu. İgid oğullarımızın qanı-canı bahasına torpaqlarımız azad edildi". (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR