Onlayn ictimai-siyasi qəzet
Məşhur müğənni və biznesmen Emin Ağalarov sosial şəbəkədə paylaşdığı video-rolik ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, o bu dəfə izləyicilərini öz gənclik dövrünə, övladlarının uşaqlıq illərinə və gördüyü işlərə aparıb.
Emin şəxsi arxivindən olan fotoların və hazırda gördüyü işlərin yer aldığı videonu “Instagram” hesabında yayımlayıb və “Gələcəyi inşa edirəm” şərhini yazıb.
İzləyicilər müğənninin bu paylaşımını böyük maraqla qarşılayıb.
Qeyd edək ki, Emin Ağalarov təkcə sənət aləmində deyil, həm də biznes sahəsində uğurlu fəaliyyəti ilə tanınır. Onun sosial şəbəkələrdəki aktivliyi və səmimi paylaşımları isə izləyicilərinin marağına səbəb olur.
Könül
Musavat.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ