Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Firuzə İbadova həmkarı Reyhan Müslümovanın ölümündən danışıb.
“O üz” verilişində qonaq olan əməkdar artist plastik əməliyyat zamanı vəfat edən R.Müslümovanın dəfninə az adamın qatıldığını deyib.
“Reyhan xanım nə qədər güclü olsa da, əməliyyata girməklə iradəsizlik etdi. Loru dildə desək, fitvaya getdi. Görəndə ki, o evin ortasında tabutda uzanıb, nə deyəcəyimi bilmədim. Məni güclə sakit etdilər. O rəhmətə gedəndə çox insan qatılmadı. Amma gəlmək lazım idi. Çünki Reyhan Müslümova onlara çox dəstək olmuşdu. Etibarsızlığa çox üzüldüm” – Firuzə İbadova bildirib.//Olay.az
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ