İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artist: "Hər kişi həyat yoldaşı olmağı bacarmır"

“Bu gün mənim üçün özəl günlərdən biridir. Çünki, ömrümə ömür qatan, məni yenidən yaşamıma, həyatda dik durmağa qaytaran, hər anımda, hər addımımda mənə dəstək olan, uğuruma sevinib, kədərimə kədərlənən və qısacası mənim ömür-gün yoldaşımın doğum günüdür".

OLAY yazır ki, bu sözləri əməkdar artist Bəyimxanım Vəliyeva həyat yoldaşı ilə bağlı "İnstagram" hesabında etdiyi paylaşımında yazıb. 

"Rəbbim onu mənim qarşıma ömrümün elə bir dönəmində çıxartdı ki... Ömür boyu Tanrıma duaçıyam. Hər kəs evlənə bilir, hər kəs təmtəraqlı toy edə bilir, hər kəs ata ola bilir, hər kəs ər ola bilir, lakin, indiki dövrümüzdə çox acıyaraq deyəcəm ki, hər kəs, hər kişi həyat yoldaşı, ömür-gün yoldaşı olmağı bacara bilmir. Sən isə bunu çox gözəl bacardın həyatımın yoldaşı. Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, varımızsan. Səni çooox sevirik canımız Atamız. Allah səni bizim başımızdan heç zaman əksik etməsin inşəallah. Yeni yaşın sənə yeni-yeni uğur, sevinc, ruzi-bərəkət, xoşbəxtlik gətirsin inşallah” - deyə əməkdar artist qeyd edib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR