Onlayn ictimai-siyasi qəzet
“Jurnalistika ixtisasında təhsil alan tələbə ilə rastlaşdım, Azərbaycan dilində bərbad danışırdı. Danışığı nə zaman düzələcək? Düzəlməyəcək! Onu efirə çıxarmaq olmaz. Bu biabırçılıqdır. Orada bilirsiniz, nə vəziyyətə düşdüm? İnsanlar infarkt keçirə bilər. Əgər indiyə kimi düzəlməyibsə, bundan sonra da düzəlməyəcək”.
Bu sözləri Əməkdar artist və Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elza Seyidcahan qonaq olduğu “Gün işığında” səhər verilişində deyib.
Sənətçi sözügedən proqramın efirində yayımlanan süjetdə bir tələbənin Azərbaycan dilində səlis və düzgün danışa bilməməsindən əsəbiləşib. Elza jurnalist olmaq istəyən tələbə respondenti sərt şəkildə tənqid edib:
“İş orasındadır ki, bəzi müəllimlər ləhcə ilə danışırlar. Olmaz! Ləhçəyə böyük hörmətim var. Ən kobud ləhçə “Dağlı”ların ləhçəsidir. Mən “Dağlı”lıyam, heç görmüsünüz ki, dağlı ləhçəsi ilə efirdə danışım? Belə şeylər olmaz! Bizim ədəbi dilimiz var. Ləhçə ilə danışan insanları efirə çıxarmaq olmaz.
Əgər tələbə “Azərbaycan” sözünə “Azərbadzan” deyirsə və hərifləri düzgün şəkildə tələffüz etmirsə, müəllim deməlidir ki, al bu diplomunu, çıx get. Allah iraq eləsin, az qala beynimə qan sızsın. Deyir ki, jurnalist olmaq istəyirəm, amma danışığı və tələffüzü bərbaddır. O qıza yazığım gəldi. Onun təməli elə qurulub. Onu ali məktəbə gərək götürməzdilər. Biz nə qədər yalandan gülməliyik? Bizim gözəl Azərbaycan dilimiz, leksikonumuz, dinimiz və tərbiyəmiz var.Tərbiyəmiz isə bizim əbədi dilimizdir. Ona görə efirə “dızıldayan çaynikləri” çıxarmaq olmaz”. (Bizim.Media)
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ