Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist, bəstəkar və şairə Elza Seyidcahan görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Xızının Sayadlar kəndində yerləşən xatirə muzeyinə dəyərli musiqi alətləri – piano və tar hədiyyə edib.
Bu barədə Musavat.com-a açıqlama verən sənətçi, Mikayıl Müşfiqin yaradıcılığına və onun irsinə olan xüsusi sevgisini vurğulayıb. O bildirib ki, bir müddət əvvəl şairin anım günü ilə bağlı muzeyi ziyarət edərkən, orada Müşfiqin məşhur "Oxu, tar" şeirinə ilham verən tarın çatışmadığını müşahidə edib. Bu səbəbdən də muzeyə tar və piano hədiyyə etmək qərarına gəlib.
"Mikayıl Müşfiq Azərbaycan poeziyasının parlaq simalarından biridir. Onun nakam taleyi və misilsiz yaradıcılığı məni hər zaman duyğulandırıb. Həm Bəstəkarlar İttifaqının, həm də AYB-nin üzvü olaraq, şairin ruhuna hörmət əlaməti kimi onun ev muzeyinə tar və piano hədiyyə etmək istədim. Çünki musiqi və poeziya bir-birini tamamlayan sənət sahələridir. Bu arzumu həyata keçirdiyim üçün çox xoşbəxtəm," – deyə Elza Seyidcahan bildirib.
Xalidə Gəray
Musavat.com
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ