İnsanlara hürriyət, millətlərə istiqlal!

Elvin Paşayev Vətən müharibəsi iştirakçısına yüksək vəzifə verdi - FOTO

Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Musavat.com-un Manset.az-a istinadla məlumatına görə, icra hakimi Elvin Paşayevin müvafiq əmri ilə Namiq Sahib oğlu Cəfərov Rayon İcra Hakimiyyətində Ərazi İdareətmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Namiq Cəfərov Naxçıvan Dövlət Universtetinin Hüquq fakültəsini bitirib. Xızı Rayon İcra Hakimiyyətində başçının köməkçisi, Gəncə Asan Xidmət Mərkəzinin direktoru və Azərbaycan Dövlət Aqrar Universtetində məsul vəzifələrdə çalışıb.

O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və “Şuşanın azad olunmasına görə” eləcədə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR