Onlayn ictimai-siyasi qəzet
"Sabah" futbolçusu Elvin Camalovla əməkdaşlığa son qoyub.
Məlumatı "bayquşlar"ın mətbuat xidməti yayıb.
Yarımmüdafiəçinin ayrılmaqla bağlı müraciətinə klub rəhbərliyi tərəfindən müsbət qarşılayıb və onunla yolların ayrılmasına şərait yaradılıb. Camalov bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və digər əməkdaşlarla görüşərək vidalaşıb. (fanat.az)
Qeyd edək ki, oyunçu 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışıb. Uzun müddət komandada kapitanlıq sarğısını daşıyan futbolçu Masazır təmsilçisinin heyətində ümumilikdə 113 oyun keçirib.
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ