Onlayn ictimai-siyasi qəzet
Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında aparılan "Pəncə-Kilit" (Claw-Lock) əməliyyatı çərçivəsində PKK terror təşkilatına məxsus 1800 metr uzunluğunda, 33 otaqlı mağara müəyyən edilərək istifadəyə yararsız hala salınıb.
Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mağarada çoxlu sayda silah, sursat, rabitə vasitələri, elektron avadanlıqlar və partlayıcı maddələr ələ keçirilib. Tapılanlar arasında AK-47 və M16 tüfəngləri, snayper silahları, zenit qurğuları, minaatanlar, tank əleyhinə raketlər, dronlar və müşahidə cihazları yer alır.
Əməliyyat nəticəsində 10 mindən çox döyüş sursatı, müxtəlif ölçülü raket və partlayıcılar məhv edilib. Bununla yanaşı, PKK-nın texniki avadanlıq və rabitə sistemləri də zərərsizləşdirilib.
Səlahiyyətlilər bildiriblər ki, mağara həm silah anbarı, həm də təşkilatın komanda və logistika mərkəzi kimi istifadə olunurdu./Milli.Az
16 Iyul 2025
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ