İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşad Mirbəşir: “Minsk Qrupu münaqişənin tənzimlənməsi üçün deyil...”  

Milli Məclisin iclasında çıxış edən deputat Elşad Mirbəşir Fransanın anti-Azərbaycan mövqeyindən bəhs edərkən maraqlı fikirlər söyləyib.

Musavat.com-un məlumatına görə deputat deyib ki, ATƏT-in Minsk Qrupu münaqişənin tənzimlənməsi üçün deyil, idarə olunması üçün yaradılmışdı:

“Bunu biz Minsk Qrupunun fəaliyyətində hər zaman müşahidə etmişik. Minsk Qrupu fəaliyyətdə olduğu müddətdə münaqişəni bəlli maraqlar çərçivəsində idarə edib. Bu maraq əsasən, Ermənistanın işğalçılıq siyasətinə leqallıq donu geydindirməkdən ibarət olub”.

Deputat bildirib ki, Fransa prezidenti Emmanuel Makron öz müsahibəsində bunu açıq etiraf edib: “Makron öz fikirləri ilə göstərdi ki, Azərbaycanın tarixi qələbəsinə qarşı ciddi təxribatlara cəhd edir. Bu təxribatların başqa xarakter alma ehtimallarını nəzərdən qaçırmaq olmaz. Digər tərəfdən, Makron aşkar büruzə verdi ki, Qərb Rusiya ilə münasibətlərini həm də Cənubi Qafqazda həll etmək niyyətindədir. Bu da bütövlükdə regional təhlükəsizliyə qarşı ciddi qəsd cəhdidir”.

Milli Məclis üzvü qeyd edib ki, Azərbaycana qarşı silsilə xarakterli çıxışları ilə gündəmə gələn Makronun bu mövqeyinə qarşı sərt ictimai qınağın da sərgilənməsi olduqca vacibdir.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR