İnsanlara hürriyət, millətlərə istiqlal!

Elman Rüstəmovun nikahdankənar oğlu qalmaqalında….şok detallar – video niyə yayıldı? – Tural Abbaslı ilə “Canlı debat”da

Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun nikahdankənar oğlu üzə çıxıb. 14 yaşlı Aqil adlı oğlan sosial şəbəkələr vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. Bildirib ki, E.Rüstəmov ona nə soyadını, nə adını verməyib. "Mən aldadılmış, sındırılmış uşağam" deyən Aqilin sözlərinə görə, E.Rüstəmov əvvəllər ona adının Məmməd olduğunu deyib: "İki il əvvəl bilmişəm onun həqiqi adını. 2018-ci ildən Abu-Dabidə yaşayır, təhsil alıram. Sonuncu dəfə məni görəndə dedi ki, get bu ölkədən, buranın gələcəyi yoxdur".

Aqil bildirib ki, bütün atalıq nəvazişini atalığından görüb. İndi isə E.Rüstəmov anasını hədələyir.

Bu gün eyni zamanda Akif Çovdarovun müklərinin geri qaytarılması məsələsi də cəmiyyətdə birmənalı qarşılanmadı. Ölkədə nələr baş verir?
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR