İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyar Ağayevin təyinat aldığı oyun təxirə salındı

Bu gün "Olimpiakos" və AEK komandaları arasında keçirilməli olan Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu təxirə salınıb.

Musavat.com-un "Report"a istinadən məlumatına görə, buna Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəb olub. Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olub, 66 nəfər isə yaralanıb.

Hələlik qarşılaşmanın yeni tarixi açıqlanmayıb. İlk matçda AEK komandası 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Olimpiakos" - AEK oyununa Azərbaycanın FIFA referisi Əliyar Ağayev təyinat alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR