Onlayn ictimai-siyasi qəzet
Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasının (COP28) yekunlarına görə COP29-un Bakıda keçirilməsi barədə qərar strateji addım olub.
Bunu "Report"a açıqlamasında Keniyada fəaliyyət göstərən ətraf mühitin mühafizəsi üzrə QHT-nin – “Consortium of Grassroots”un prezidenti Eliud Emeri deyib.
O xatırladıb ki, 200-ə yaxın ölkə, o cümlədən Ermənistan bu il növbəti sessiyanın təşkilatçısı kimi Azərbaycanın seçilməsinə razılıq verib: “Neft hasil edən ölkələr tərəfindən keçirilən iqlim konfranslarına qarşı çıxan bəzilərinin tənqidlərinə cavab olaraq, Azərbaycan külək və günəş enerjisinə investisiyalar ilə yaşıl gündəliyə sadiqliyini nümayiş etdirir. Xəzər dənizindəki külək stansiyalarından əldə edilən “yaşıl” enerjinin Avropaya ötürülməsi üçün Qara dənizin altından elektrik kabelinin çəkilməsi səyləri də vacibdir. Azərbaycan həqiqətən də bu ideyaya sadiqdir və buna nail olmağa çalışır”.
“Beynəlxalq məlumatlara, o cümlədən BP-nin 2021-ci il üçün Statistik İcmalına əsasən, Azərbaycanda təbii qaz ehtiyatları 2,5 trilyon kubmetr qiymətləndirilir. Təbii qazın yanması nəticəsində yaranan istixana qazı emissiyaları kömür və digər qalıq yanacaqlardan azdır. Azərbaycan isə dünyada ənənəvi enerjidən bərpa olunan enerjiyə keçid yanacağı kimi tanınan təbii qazı hasil edən və ixrac edən ölkədir”, - keniyalı QHT prezidenti vurğulayıb.
E.Emeri bildirib ki, Azərbaycan kimi ölkələrin iqlim dəyişikliyi ilə mübarizə və sülh gündəmində koalisiyada iştirakı vacibdir: "Təsadüfi deyil ki, Prezident İlham Əliyev qeyd edib ki, neft ixrac edən ölkələr enerji keçidində ön sıralarda olmalıdır və COP-un tədbirlərinin keçirilməsi də paradoks deyil, əlavə stimul yaratmalıdır”.
Onun sözlərinə görə, COP29-da əsas müzakirə mövzuları biomüxtəliflik qanunları, Arktika elmi, hidrosfer, beynəlxalq iqlim diplomatiyası, həmçinin iqlim dəyişikliyi və ictimai sağlamlıq olmalıdır: “İqlim dəyişikliyinə cavab vermək üçün vasitələr hökumətlərə deyil, qeyri-dövlət subyektlərinə təqdim edilməlidir. Bununla da hər il razılaşdırılmış qətnamələri həyata keçirərkən pul dəyərini izləyə, görülən tədbirlərin effektivliyini hiss edə bilək”.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ