Onlayn ictimai-siyasi qəzet
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən supermarket daxilində fəaliyyət göstərən çörəkbişirmə sexində bir nəfərin əlinin xəmirqarışdıran qazanda sıxılıb qalması və xilasedici köməyinə ehtiyacın yaranması barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş 1975-ci il təvəllüdlü Z.Ağayeva xəmirqarışdıran qazanı təmizləyərkən ehtiyatsızlıqdan əli qazanda ilişib qalıb. Xilasedicilər xüsusi vasitələrlə zərərçəkmişin əlini çıxararaq xilas olunmasını təmin ediblər.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ