Onlayn ictimai-siyasi qəzet
Ermənistanda baş nazir müavinləri səviyyəsində istefalar gözlənilmir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirilən brifinqdə bildirib.
O, iqtidardakı “Vətəndaş sazişi” fraksiyasında vəziyyətin sabit olduğunu deyib.
“2013-cü ildən etibarən, «Vətəndaş sazişi» hələ vətəndaş təşəbbüsü olduğu vaxtdan müzakirələr hər zaman qızğın debatlar şəraitində keçib. Siyasi mübahisələr zamanı müəyyən sərhədlərin aşılması hallarına hamıda rast gəlinə bilər, son vaxtlar mənimlə də belə hal baş verib. Belə hallarda intizam prosesləri başlanılır”, — deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, bu gün mətbuatda baş nazirin aparat rəhbəri Araik Arutyunyanın baş nazir müavini təyin oluna biləcəyi barədə məlumat yayılıb, lakin onun yerini kimin dəyişəcəyi — Tiqran Xaçatryan, yoxsa Mqer Qriqoryan — hələlik məlum deyil.
Musavat.com
19 Sentyabr 2025
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ