İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Məsimli işsizlik və taxıl məsələsindən danışdı

Milli Məclisin iclasında çıxış edən deputat Əli Məsimli bildirdi ki, Azərbaycandakı sosial problemlərin mütləq əksəriyyəti işsizlikdən qaynaqlanır.

Deputat Şəkidə işsizlik faizinin yüksək olduğunu diqqətə çatdırdı: “Bu istiqamətdə bir sıra işlər görülür, lakin davamlı addımların atılması zəruridir. Eyni zamanda xahiş edirəm ki, görülən işlərlər bağlı millət vəkilinə də məlumat verilsin”.

Ə.Məsimli qarşıdakı aylarda ölkəmizdə taxıl yığımının başlayacağını və bununla əlaqədar ortaya çıxacaq problemlərin həlli istiqamətində bir sıra addımların atılmasının zərurliyini də vurğuladı: “Bir ay sonra taxıl yığımı başlayır. Dünyada hazırda hər ton taxıl uğrunda mübarizə gedir. Şəki də Azərbaycanın taxıl istehsalında mühüm yer tutur. Bu səbəbdən suvarma sahəsində çatışmazlıqların aradan qaldırılması, yığımda olacaq texnika probleminin həlli istiqamətində indidən addımların atılmasının vacibdir”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR