İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimli İsa Qəmbərə söz vurdu: "Tofiq Yaqublunu..."

ABŞ-da yaşayan jurnalist Zaur Bayramlı sosial mediada maraqlı bir status paylaşıb.

Musavat.com həmin statusu təqdim edir.

Əli Kərimli öz aləmində guya İsa Qəmbərə söz vuraraq, status yazıb:

"Tofiq Yaqublunu həbsdə saxlamaq üçün hakimiyyətin artıq heç bir bəhanəsi də qalmayıb".

Diqqət edin: bunu İsa Qəmbər Müsavat Partiyasının başqanı seçildikdən dərhal sonra yazıb.

Yəni, guya ki, Tofiq Yaqublu azadlıqda olsaydı, Müsavatın başqanı seçiləcəkdi, amma hakimiyyət İsa Qəmbərin başqan olmasını istədiyi üçün Tofiqi həbsdə saxlayırdı. Artıq İsa Qəmbər seçildiyi üçün Tofiq Yaqublunu həbsdə saxlamaq üçün heç bir səbəb və ya bəhanə qalmayıb, onu buraxın. 

indir.jpg (7 KB)

İnsan nə qədər boş, işsiz-gücsüz, dayaz, eyni zamanda provokator ola ki, götürüb belə bir şey yaza. Azərbaycan siyasətini az-çox bilən balaca uşağa belə məlumdur ki, Tofiq Yaqublu İsa Qəmbərin olduğu bir yerdə nəinki Müsavat Partiyasına başqan seçilə bilməz, hətta 5 səs belə toplaya bilməz - onun AXCP-çilər və bir sıra qaragüruhçular içində şişirdilmiş nüfuzu olsa belə, bir ayağının Müsavatda, o biri ayağının isə Əli Kərimlinin qrupunda olmasından dolayı, müsavatçılar tərəfindən çox da rəğbət görmür. Müsavatçılar, Müsavat kimi tarixi və ciddi bir partiyanı hansısa bir şüarçı populistə təslim etmək qəfləti içinə heç vaxt girməzlər.

Belə olduğu halda Kərimlinin və sosial şəbəkələrdə sabun köpüyü kimi müvəqqəti ŞİŞİRDİLMƏNİN verdiyi təkəbbürlə özünü bir şey zənn edən bəzi səfil dingilişlərin bu boş iddianı tirajlamaqlarındakı məqsəd nədir?

Düzdür, cənab Kərimli "statusunun" sonrakı cümlələrində mövzunu başqa yerə çəkməklə, malalayıb iz itirməyə çalışır, amma əsl demək istədiyi, birinci cümlədə gizlidir... (görə bilənlər üçün isə aşkardır).

 Screenshot_1.png (570 KB)

Zaur Bayramlı, Vaşinqton

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR