İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimli Azərbaycan əleyhinə status yazdı, ictimai qəzəbə tuş gəldi - görün nəyə sevinir...

AXCP sədri Əli Kərimli özünün facebook səhifəsində Azərbaycan əleyhinə növbəti paylaşım edib. O, ordumuzun şanlı Fərrux qələbəsini gözdən salmağa yönələn, bu qələbəni ermənilərin xeyirinə şübhə altına alan status paylaşıb.

Musavat.com Əli Kərimıinin həmin statusunu olduğu kimi təqdim edir: "Rusiya Müdafiə Nazirliyi açıqlama verib ki, Azərbaycan tərəfilə danışdıq (yəni onları başa saldıq), hərbçilərini Fərrux kəndindən geri çəkdilər. Rusiyanın bir acıqlı bəyanatı ilə hərbçilərimizi Fərrux kəndindən geri çəkəcəkdinizsə, daha bu qədər hay-küyə nə ehtiyac var idi?

Neçə dəfə dedik ki, arxasında dura bilməyəcəyiniz sözləri danışmayın, ya da dediyiniz sözün, atdığınız addımın arxasında durmağı öyrənin, nəhayət. Özünüz heç, millətin heysiyyatı ilə oynayırsız".

ff.PNG (115 KB)

Musavat.com xatırladır ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlum söz duelindən sonra Rusiya Müdafiə Nazirliyi mövqeyindən geri çəkildi və məlum oldu ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Fərrux kəndini işğaldan azad edib və hazırda həmin kənd ordumuzun nazərətindədir. Kənddə Azərbaycan bayrağı dalğalanır.

Əli Kərimlinin xain statusunun şərh hissəsində isə Azərbaycan vətəndaşları öz etirazlarını bildiriblər. Bəzi vətəndaşlar Əli Kərimliyə ikinci Qarabağ savaşı dövründə də Azərbaycana qarşı mövqe tutduğunu xatırladıblar.

Əli Kərimıinin bu paylaşımının altında onu ələ salan xeyli şərhlər yazılıb.

Musavat.com vətəndaşların Əli Kərimlinin statusuna yazdığları şərhlərdən bir neçəsini təqdim edir:

11111.PNG (90 KB)

ddd.PNG (9 KB)

00000.PNG (13 KB)

jjj.PNG (18 KB)

111111.PNG (16 KB)

11.PNG (11 KB)

1144.PNG (20 KB)

dddd.PNG (15 KB)

222.PNG (71 KB)

 33.PNG (83 KB)

Vətəndaşların hiddətindən sonra Əli Kərimli statusuna aşağıdakı hissəni əlavə edib:

"P.S. Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq (açıqlama şərh bölümündə), Rusiya Müdafə Nazirliyini təkzib edib. Bildirib ki, Fərrux kəndi və digər yüksəkliklər ordumuzun nəzarətindədir. Təki dediyi doğru olsun".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR