İnsanlara hürriyət, millətlərə istiqlal!

"Elektron xidmətlərdə yaranan problem qismən aradan qaldırılıb" - Osman Gündüz

Bu gün Azərbaycanın ən böyük Data Mərkəzində yaranan problem kiçik istisnalarla aradan qaldırılıb.

Musavat.com
xəbər verir ki, bu barədə Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz məlumat yayıb.

Qeyd edək ki, bu gün AzİnTelecom-un bəzi texniki avadanlıqlarında yaranan problem üzündən bir müddət bir çox dövlət və özəl servislərdə problemlər yaranıb, xidmətlər əlçatan olmayıb. eGov, MyGov portalları, Asan Login, sosial və ödəniş xidmətlərində bir müddət dayanmalar olub.

O.Gündüzün sözlərinə görə, AZCLOUD-da və bir çox dövlət qurumlarında problemlər dərhal aradan qaldırılıb: “Bununla belə, bəzi dövlət qurumlarında hələ də müəyyən çətinliklər qalıb. Düşünürəm ki, hökumətin əsas məlumat mərkəzində, e-hökumətin özəyində, Tier III standartına malik AzİnTelecom-da bu tip problemin olması informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik baxımından yetərincə ciddi məsələdir.

Qurumun özünün də dərhal buna reaksiya verməsi bu baxımdan diqqət cəlb edəndir.

Məlumdur ki, AzİnTelecom öz infrastrukturunda ancaq və ancaq lisenziyalı avadanlıqlar və lisenziyalı proqramlar istifadə edir. Ümid edirəm lisenziyalar da başa çatmayıb. Belə olan halda isə avadanlıqların istehsalçılarından, vendorlardan da məsuliyyət tələb olunmalıdır. Bildiyim qədər, hazırda AzİnTelecom AZCLOUD-da baş verən nasazlığın yaranma səbəblərini aydınlaşdırmaq üçün avadanlıqların istehsalçısı və beynəlxalq mühəndisləri cəlb etməklə araşdırmalar aparır.

Ümid edirəm, araşdırmanın yekunu haqqında cəmiyyətə ağlabatan bir açıqlama veriləcək”.

Ekspert hesab edir ki, daha doğru olar ki, AzİnTelecom, RİNN belə hallarda alternativlərin işə düşməsinə, Data Mərkəzin ehtiyat variantlarından effektiv istifadəyə diqqəti artırsın: “XRİTDX isə kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsi idtiqamətində səylərini, dəstəyini gücləndirməlidir.

Ümid edirəm hökumət yaxın müddətdə kritik sektora daxil olan qurumların da siyahısını təsdiqləyəcək”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR