Onlayn ictimai-siyasi qəzet
2 iyulda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri həyata keçirilib.
Ümumilikdə 22 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşları tərəfindən “Onlayn mühitdə kibertəhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularında çıxışlar edilib.
Tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda qeyd olunan informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirlərinin keçirilməsini təşkil etmək, fərdlərin bilik səviyyəsini yüksəltmək, həmçinin dövlət orqanlarında (qurumlarında), özəl təşkilatlarda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaqla kibergigiyenanı təmin etməkdir.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ