Onlayn ictimai-siyasi qəzet
Müğənni Eldar Qasımov “Avroviziya” mahnı yarışmasına qayıdır.
Musavat.com xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında paylaşım edib.
Eldar qeyd edib ki, ona yarışmanın Azərbaycan nümayəndə heyətinin prodüseri olmaq təklif edilib:
“Bu dəfə peşəkar mənada yenidən ora qayıdıram. “Avroviziya-2023”ə Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq təklifini qəbul etdim”.
Qeyd edək ki, Eldar müğənni Nigar Camalla birgə ifa etdiyi “Running scared” mahnısı ilə “Avroviziya-2011”in qalibi olub.
12 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ