İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Mirzəbəyli ermənilərin ən yaxşı bacardığı işlərdən DANIŞDI

"Ermənistanın, hər zaman olduğu kimi, ən böyük problemi regiondankənar qüvvələrə söykənərək bölgə dövlətlərinə qarşı həyata keçirilən siyasətin içərisində yer alması və bu çərçivədə həm də öz maraqlarını təmin etməyə çalışmasıdır. Məhz bu səbəbdən də, ermənilər tarix boyu – Aralıq dənizi hövzəsində yaşadıqları dövrdən Roma və Osmanlı imperiyalarının sərhədləri daxilində məskunlaşdığı, Cənubi Qafqaza köçürüldükləri zaman kəsiyinədək nüfuz müvəkkili, daha müasir terminologiya ilə ifadə etsək, "beşinci kolon" olmaqdan başqa bir işə yaramayıblar".

Musavat.com xəbər verir ki, bunu siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.

O qeyd edib ki, SSRİ-nin süqutundan öncə də ermənilər bu prosesi sürətləndirmək üçün Qərb institutları, xüsusilə də Fransa tərəfindən istifadə olunublar:

"Növbəti dəfə Azərbaycan torpaqlarının bir hissəsinə sahiblənmək niyyətlərini regiondankənar qüvvələrin dəstəyi ilə onların maraqlarını ifadə etmək, alətlərinə çevrilmək qarşılığında gerçəkləşdirmək istəyiblər. Əvvəlki dövrlərdə olduğu kimi, yenə də xarici amillər regional faktorlar üçün real təhlükəyə çevrildiyi, həm də strateji hədəflərini əsas götürən, sistemli bir şəkildə öz hədəflərini reallaşdıran Azərbaycanla qarşı-qarşıya qaldıqları üçün rüsvayçı məğlubiyyətə düçar olublar.

Daha sadə dildə izah edim: Bizim məşhur el məsəllərindən birində olduğu kimi, "yediyi boşqaba tüpürməyin" sonu Ermənistan kimi olur.

Vaxtilə ermənilərdən Türkiyəyə qarşı yararlananlar daha sonra onlara Azərbaycan ərazisində vilayət yaratdılar və sonradan tarixi proseslərin inkişafı ermənilərə normal da olsa, dövlət qurmaq imkanı verdi. Amma əllərinə imkan düşən, yeni sahib tapan kimi onlara heçdən dövlət quranlara qarşı arxa çevirdilər. Məhz bu baxımdan, mən heç vaxt erməniləri dərin zəkaya və strateji baxış bucağına malik bir toplum hesab etməmişəm. Onların ən yaxşı bacardığı iş əyalət hiyləgərliyi, hər an xəyanətə hazır olmaq və heç bir ölçü, sərhəd tanımamalarıdır".

Elçin Mirzəbəyli vurğulayıb ki, Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın zaman kəsiyində Ermənistan cəmiyyətini, bütövlükdə erməniliyi proseslərin inkişafını düzgün qiymətləndirməyə çağırdı, amma nəticə olmadı:

"Bu sözləri illər öncə ayrı-ayrı ölkələrdə, o cümlədən Türkiyədə keçirilən tədbirlərə qatılan erməni siyasətçilərinə də demişəm: Gələcəyini düşünən toplum ən yaxşı halda yaşadığı regiondakı demoqrafik vəziyyəti və bu vəziyyətin hansısa mərhələdə doğura biləcəyi nəticələri göz önünə almalıdır. Qohum, dost xalqları, Xəzərin o üzündəki ön Asiyanı hesaba almasaq, bölgədə yaşayan təxminən 130 milyonluq bir etnosu qarşıya almağın adının nə olduğunu təəssüf ki, açıq şəkildə ifadə edə bilmirəm. Hansı xarici marağa söykənirsən, hansı qütbün himayəsinə sığınırsansa sığın, 1-2 milyon insanın nəinki 130 milyonun, heç 10 milyonun qarşısında, həm də haqsız olduğu bir durumda dayanması mümkün deyil. Ermənistan bu gün, ən azı son 100 ildə etdiklərinin aqibətini yaşayır. Bir az metaforik görünsə də, hər bir xəyanətin başını haradasa bir ədalət "qılıncı" gözləyir. Bu baxımdan, indiki Ermənistan hakimiyyətinin Makronun, Şoltsun vədlərinə inanaraq növbəti dəfə, həm də onun bir subyekt olaraq mövcudluğunu təmin edən Rusiyaya qarşı alətə çevrilməsi ermənilərin növbəti "xəyanət dairəsi"nin qapanmasıdır. Bu, yenə də məşhur el məsəlində deyildiyi kimi, oğurluq və əxlaqsızlığın öz zəruri sonluğuna yaxınlaşmasıdır. Bu bölgədə "Ermənistan" adlı xəyanət yuvasını yaradanlar xəyanətkar üçün sədaqət kimi yüksək dəyərin sadəcə müəyyən zaman kəsiyində yarınmaq, istədiyini almaq üçün vasitə olduğunu, nəhayət ki, başa düşüblər".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR