İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Əmirbəyov İsrail XİN nümayəndəsi ilə görüşdü - Bu məsələlər MÜZAKİRƏ EDİLDİ

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun ilə Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Musavat.com xəbər verir ki, bu barədə İsrail XİN-in nümayəndəsi Aliza Bin-Nun “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla səmimi görüşümüz oldu. Müzakirələr zamanı əsasən ikitərəfli və regional məsələlərə toxunulub, Cənubi Qafqaz və Yaxın Şərqdə cari hadisələrə xüsusi diqqət yetirilib”, - paylaşımda qeyd edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR