Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi (2023-cü ildən) Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov Azərbaycanın Buenos-Ayresdəki səfirliyində Argentina ilə ticarət əlaqələri barədə danışıqlar aparıb.
Danışqlar zamanı Ermənistanla aparılan müzakirələrə də toxunan Elçin Əmirbəyov deyib: “Düşünürəm ki, Argentinanın Ermənistanla əla münasibətləri var, lakin bu heç də o demək deyil ki, Argentinanın Azərbaycanla əla münasibətləri ola bilməz”. Argentinanın ingilisdilli “The Buenos Aires Times”ın məqaləsində belə deyilir.
Cənab Əmirbəyov bildirib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamağa hazırdır. İndi top Ermənistan tərəfdədir: “Ancaq biz ermənilərin gələcəkdə revanşizmə yuvarlanmaq və ərazilərimizə yenidən iddia etmək cəhdləri üçün heç bir hüquqi əsas qoymaq istəmirik”. Ona görə də Ermənistan konstitusiyasında ərazi iddiası ilə bağlı müddəalar aradan qaldırlmalıdır. Azərbaycan ATƏT-in Minsk Qrupundan Ermənistanın imtina etməsini də lazımlı sayır. İki ölkənin anlaşmasında üçüncü tərəfə ehtiyac yoxdur: “Biz qəti şəkildə inanırıq ki, münasibətlərimizin gələcəyi Ermənistan və Azərbaycanın əlindədir və bu işdə heç bir üçüncü tərəfə və üçüncü tərəfin qüvvələrinə ehtiyac yoxdur”.
“The Buenos Aires Times” Elçin Əmirbəyovun Ermənistanla bağlı dediklərinə Ermənistanın Argentinadakı səfiriyi məyusluqla qarşılayıb: “Təəssüf ki, Azərbaycan hazırda Cənubi Qafqazda davamlı sülhə çalışmaq əvəzinə ilkin şərtlər dili ilə danışaraq Ermənistanla razılaşdırdığı sazişi imzalamaqdan de fakto imtina edir. Buna baxmayaraq, biz ümidliyik ki, Azərbaycan siyasi iradə nümayiş etdirəcək və yaxın gələcəkdə iki ölkə arasında münasibətləri tənzimləyən sazişi imzalayacaq”.
Elbəyi Həsənli. Sürix
21 Mart 2025
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ