Onlayn ictimai-siyasi qəzet
İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) aparılan rüşvət və korrupsiya istintaqı çərçivəsində hazırlanan Bankçılıq Tənzimləmə və Nəzarət Qurumu (BDDK) hesabatı yeni faktlar ortaya qoyub.
Musavat.com xəbər verir ki, bununla bağlı iqtidara yaxınlığı ilə bilinən “Sabah” qəzetində məlumat yayılıb.
Hesabata görə, İBB iştirakçılarından milyardlarla dəyərində tender alan İlbak Holdingin sahibi Murat İlbak, Medya A.Ş.-nin İdarə Heyəti sədri Murat Ongunun yaxın dostu Mustafa Nihat Sütlaşın şirkəti Reklam İstanbula ümumilikdə 398 milyon TL (təxminən 9 milyon 700 min dollar) köçürüb. Ekspertlər bu maliyyə əməliyyatlarını “rüşvət zənciri”nin bir hissəsi kimi dəyərləndiriblər.
BDDK sənədlərində İlbakın şəxsi hesablarından 1 milyard 300 milyon TL (31 milyon 700 min dollar) həcmində nağd pul çıxarması da diqqət çəkib. Bu qeyri-adi əməliyyatlar istintaq materiallarında “çirkli pulların yuyulması və rüşvət ödənişlərinin nağd ayağı” kimi qiymətləndirilib.
Hesabatda Sütlaşın karyerasındakı sürətli yüksəlişə də toxunulub.
“Sabah”ın iddiasına görə, 2019-cu ilə qədər Giresunda kiçik mobil aksesuar dükanı işlədən Sütlaş, Ongunun Medya A.Ş.-nin rəhbəri təyin edilməsindən sonra İstanbula dəvət olunub və qısa müddətdə “Reklam İstanbul” adlı şirkətlə böyük tenderlər qazanaraq milyonçuya çevrilib.
İstanbul Baş Prokurorluğu BDDK hesabatındakı bu bulgular əsasında istintaqı genişləndirib.
Qəzetin xəbərinə görə, Hhazırda diqqət mərkəzində İlbak Holding, PL Reklamcılıq və Reklam İstanbul arasındakı maliyyə əlaqələri, eləcə də Murat Ongun–Mustafa Nihat Sütlaş münasibətləri dayanır.
Musavat.com
28 Avqust 2025
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ