İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçibəyin əkiz nəvələri oldu

Azərbaycanın mərhum prezidenti Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib.

Məlumata görə, dünən Elçibəyin oğlu Ərturqut Əliyevin övladları doğulub.

Körpələrdən biri qız, digəri isə oğlandır.

Məlumatı ailənin yaxını Çingiz Özgür təsdiq edib. O bildirib ki, əkizlər dünən Bakı Sağlamlıq Mərkəzində doğulub: “Vaxtından əvvəl doğulduqları üçün körpələr hazırda küvəzdə saxlanılır”.

Qeyd edək ki, Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.//Qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR