İnsanlara hürriyət, millətlərə istiqlal!

"El-Klasiko" vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

"Barselona" və "Real Madrid" komandaları arasındakı "El-Klasыiko"ların birində "Kamp Nou"da terror aktı planlaşdırılıbmış.

Musavat.com report-a istinadən xəbər verir ki, dron vasitəsi ilə partlayıcı maddədən istifadə etmək istəyən Məhəmməd Yasin Amrani saxlanılıb və o, üç il müddətinə azadlıqdan məhrum edilib.

Bildirilib ki, prokurorlar əvvəlcə Amraninin terror təşkilatı ilə əlaqəsinə görə 9 il həbs olunmasını istəyib. O, 2020-ci ildən etibarən radikallaşmağa başlayıb. Prokurorlar planlaşdırılan hücumlar barədə onun onlayn fəaliyyətindən xəbərdar olub.

Qeyd edək ki, "Kamp Nou" "Barselona"nın ev oyunlarını keçirdiyi futbol məbədidir

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR