Onlayn ictimai-siyasi qəzet
Erməni keşiş Baqrat Qalstanyan yerli müxalifətin bu ilin iyun ayının 17-də parlamentdə baş nazir Nikol Paşinyanın impiçmenti prosesinə start veriləcəyini bəyan edib.
Baqrat və parlament müxalifətinin Paşinyan hökumətini istefaya göndərmək şansı varmı?
Musavat.com caliber.az. saytına istinadən xəbər verir ki, bu barədə rusiyalı ekspert Sergey Javoronkov və ukraynalı İlya Kusa öz rəylərini bildiriblər.
Rusiyalı ekspert Sergey Javoronkova görə, erməni müxalifətinin getməyə yeri yoxdur - o, Paşinyanın getməsini tələb etməyə məhkumdur. Tələbləri rədd ediləndə isə, heç olmasa nəyəsə cəhd etdiklərini deyəcəklər.
Ukrayna Gələcək İnstitutunun analitiki İlya Kusanın fikrincə, erməni müxalifətinin hökuməti istefaya göndərmək şansı yoxdur. “Onlarda daxili legitimlik və tərəfdarları yoxdur. Hər kəs hakimiyyətlə şiddətli qarşıdurmaya hazır deyil və ümumilikdə cəmiyyət indi bunu dəstəkləməyəcək”,- deyə o qeyd edib.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ