İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert ilə Elzanın bacısı arasında efirdə dava - VİDEO

Kulturoloq, yazıçı Aydın Xan Əbilov və müğənni Rasimə Seyidcahan arasında efirdə mübahisə yaşanıb.

İkili tərəfindən gərgin anlar onların ekspert qismində iştirak etdiyi “Elgizlə izlə” verilişində yaşanıb.

Belə ki, Rasimə “Əgər bir insanın istedadı varsa davam etsin. Yoxdursa zamanını boş – boş hədərə verməsin. Özünə başqa sənət tapsın. İndi yerindən duran mikrofonu əlinə alıb “Mən səni görmək istəsəm hara gəlim”, “O qara qıza zəng elə” mahnılarını oxuyurlar” sözlərini dilə gətirib.

Aydın həmin an Rasimənin çıxışına müdaxilə edərək “Bizim sayılıb, seçilən məşhur müğənnilərimizdə bu cür mahnılar oxuyaraq sənətə başlayıblar. Beyəm Zeynəb Xanlarova, Rəşid Beybudov birdən – birə klassik mahnılar oxuyublar? Estrada şyagerləri yaratdılar? Mənim musiqidən çox gözəl anlayışım var. Mən kulturoloqam. Bir Rəşidin, bir Zeynəbin yetişdirməsi üçün bütün sovet höküməti işləyirdi. Hökümət olmasaydı onlar bu zirvəyə ucala bilərdilər?” deyib.

Seyidcahan isə “Siz Rəşid müəllimə Rəşid, Zeynəb xanıma Zeynəb deyə müraciət etməməlisiniz. Qışqıra – qışqıra danışırsınız. Qışqırmağa ehtiyac yoxdur, mən sizi gözəl eşidirəm” Əbilovun cavabını verib.

O isə “Guya sizin qohumlarınız rahatlıqla oxumağınıza icazə veriblər. Bacınız Elza Seyidcahanın başına olmazın işlər gəlib. Bunu şəxsən mən özüm bilirəm. Ona da oxumağa icazə verməyiblər” deyib.

Rasimənin “Xeyr, bizim valideynlərimiz hər zaman bizə dəstək olub. Elzanın qayınanası qoymayıb oxumağa. Bizim ailəmiz tərəfindən bizə hər zaman dstək olunub. Sizin fikrinizdə elə çıxır ki, kim istəyir əlinə mikrofon alsın başlasın oxumağa. Sənəti necə belə təmsil etmək olar. Onda siz həkimə gedəndə ən pis həkim düşsün sizə. Deyərsiniz ki, nə fərqi var... Ən pis müəllim, sürücü düşsün sizə” sözlərinə Aydın “Siz məhəllədə tum çırtlayan xanımlar kimi danışırsınız.  Siz niyə mənə qarqış edirsiniz?” cavab verərək gərginliyi daha da artırıb.  (olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR