İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert: "Ermənistan-Azərbaycan problemlərinin dairəsi..."

Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması nə dərəcədə realdır?

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Strateji Mədəniyyət Fondunun eksperti, rusiyalı politoloq Andrey Areşev maraqlı fikirlər səsləndirib.

"Yeni ilə qədər yaxın həftələrdə, çətin ki, müqavilə bağlansın. Baxmayaraq ki, biz müxtəlif variantların mümkün olduğu belə çətin və eyni zamanda maraqlı bir dövrdə yaşayırıq. Biz bilirik ki, müəyyən işlər görülür və onun bəzi nəticələri artıq üzə çıxıb. Mən ilk növbədə, Azərbaycan Prezidenti Administrasiyasının və Ermənistan Baş Nazirinin aparatının bu yaxınlarda birgə bəyanatını nəzərdə tuturam. Bunun sayəsində əsirlərin mübadiləsi və bəzi başqa siyasi və diplomatik nəticələr əldə etmək mümkün olub.

Mənə elə gəlir ki, rəsmi Bakı ilə İrəvanın münasibətlərinin qismən də olsa, normallaşması hansısa sülh və ya çərçivə anlaşması nəticəsində baş tuta bilər. Lakin tərəflərin bu vaxta qədərə geri çəkilmədiyi qırmızı xətlər var. Burada ilk növbədə, xüsusilə Mehri bölgəsindən keçən nəqliyyat əlaqələrinin blokdan çıxarılması məsələsini qeyd etmək lazımdır. Erməni tərəfinin prinsipial yanaşması ondan ibarətdir ki, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında daşınan yüklər onun qanunvericiliyinə uyğun yoxlanılmalı və gömrük prosedurları həyata keçirilməlidir. Bakı isə israr edir ki, Azərbaycandan Azərbaycana daşınan hər şey daha sadələşdirilmiş sxem üzrə aparılmalıdır.

Bundan başqa, anklavlar məsələsində həll olunmamış məsələlər qalıb. Hazırda Bakı ilə İrəvan arasında Qarabağ məsələsində görünən heç bir ziddiyyət yoxdur. Bu məsələ ikitərəfli gündəmdən çıxarılıb, lakin bir çoxlarının, o cümlədən rusiyalı ekspertlərin haqlı olaraq vurğuladığı kimi, Azərbaycan-Ermənistan problemlərinin dairəsi Qarabağ üzrə ənənəvi mübahisədən qat-qat genişdir”, - deyə rusiyalı politoloq bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR