Onlayn ictimai-siyasi qəzet
İstanbul meri Əkrəm İmamoğluna qarşı ittihamlarla bağlı yeni detallar açıqlanır.
Musavat.com xəbər verir ki, bununla bağlı iqtidara yaxın “Sabah” qəzetində yeni məlumat yayılıb.
Verilən xəbərə görə, Əkrəm İmamoğlunun "gizli kassası" olduğu iddia edilən Ertan Yıldızın bir alış-veriş mərkəzi sahibini “Bizə 5 milyon avro verin, əks halda “zəlzələyə davamlı olmayan” qərar verərik” deyərək hədələdiyi iddia olunur.
2025-ci il martın 19-da saxlanılan Süleyman Atik İstanbul Böyükşəhər Bələdiyyəsinin Ortaqlıqlar və Quruluşlar Komissiyasının sədri Ertan Yıldız ilə birlikdə İstanbuldakı məşhur "Capacity" ticarət mərkəzinin sahiblərinə təzyiq edərək, 5 milyon avro rüşvət tələb etdiyi qeyd olunur.
İddiaya görə, Əkrəm İmamoğluna ən yaxın adlardan biri kimi tanınan Ertan Yıldız Süleyman Atik vasitəsilə "Capacity" sahibləri ilə əlaqə saxlayıb. Görüşün "Zorlu Center" ticarət mərkəzindəki şəxsi ofisində baş tutduğu bildirilir. İstintaq tərəfində müəyən eidlən faktlara görə görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin bəzi rəsmiləri "Capacity" AVM-nin müraciətlərini təqib edərək vəziyyəti Süleyman Atikə sızdırıblar.
Atik ticarət mərkəzinin sahiblərini ofisinə çağıraraq bu təklifi irəli sürüb: "15 ildə burada kifayət qədər qazanmısınız. Bizə 5 milyon avro verin, əks halda bələdiyyə məclisi ticarət mərkəzinin zəlzələyə davamlı olmadığına qərar verəcək".
Bu hədəyə baxmayaraq, ticarət mərkəzi sahiblərinin rüşvət təklifini rədd etdiyi və pulu ödəmədiyi öyrənilib.
Ticarət mərkəzinin rəhbərliyi rüşvəti verməkdən imtina etdikdən sonra İstanbul Böyükşəhər Bələdiyyəsi rəhbərliyi hərəkətə keçərək "Capacity"yə 197 milyon TL cərimə kəsib. Cərimə səbəbi ticarət mərkəzinin “zəlzələyə davamlı olmaması” olub. Lakin ticarət mərkəzlərinin sahibləri bu qərara qarşı inzibati iddia qaldıraraq müstəqil qurumlardan zəlzələyə davamlılıq hesabatı alıblar.
Musavat.com
21 Mart 2025
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ