Onlayn ictimai-siyasi qəzet
Vaşinqton administrasiyası hesab edir ki, Ukraynada sülhə nail olmaq üçün təhlükəsizlik təminatlarını və ərazilərin mübadiləsini müzakirə etmək lazımdır.
Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Paraqvayın xarici işlər naziri Ruben Ramires Lezkano ilə görüşündə deyib: "Ukraynada sülhə nail olmaq üçün hesab edirəm ki, biz hamımız bunu etiraf edirik, təhlükəsizlik təminatları ilə bağlı danışıqlar aparmaq lazım gələcək. Ərazi mübahisələri və iddiaları, eləcə də onların nə üçün mübarizə apardıqları barədə danışmaq lazım gələcək".
O, Alyaskada keçiriləcək görüşdən çox şeyin asılı olduğunu bildirib: "Biz sabah hər şeyin necə gedəcəyini görəcəyik. Prezident Tramp qeyd etdiyi kimi, sabah Putinlə danışacağını və tezliklə, erkən mərhələdə sülhün mümkün olub-olmadığını anlamağı gözləyir".
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ