Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Dnepropetrovsk vilayətinin Mejevoye qəsəbəsinə hava zərbəsi endirilib.
Musavat.com xəbər verir ki, yerli mənbələrin məlumatına görə, Dnepropetrovsk vilayətinin Mejevoye qəsəbəsinə səkkiz KAB tipli aviabomba düşüb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir.
Rəsmi olmayan məlumata əsasən, zərbə yaşayış məntəqəsinin mərkəzinə endirilib, çox sayda ev və avtomobilə ziyan dəyib. Mejevoye Dnepropetrovsk vilayətində cəbhə xəttinə ən yaxın yaşayış məntəqələrindən biridir.
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ